"Qarabağ" - "Partizani" matçının hakimləri açıqlanıb

"Qarabağ" - "Partizani" matçının hakimləri açıqlanıb Qarabağ və Albaniyanın Partizani komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünə bütün təyinatlar açıqlanıb.
Futbol
15 İyul , 2019 09:06
Qarabağ - Partizani matçının hakimləri açıqlanıb

"Qarabağ" və Albaniyanın "Partizani" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünə bütün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi