"Qarabağ"la "Qəbələ"nin Avropa Liqasındakı ev oyunlarının başlama saatı müəyyənləşib

"Qarabağ"la "Qəbələ"nin Avropa Liqasındakı ev oyunlarının başlama saatı müəyyənləşib Hər iki komanda ilk rəqiblərini saat 19:00-da qəbul edəcək
Futbol
30 Avqust , 2016 12:17
Qarabağla Qəbələnin Avropa Liqasındakı ev oyunlarının başlama saatı müəyyənləşib

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının başlama saatları müəyyənləşib. "Report"un məlumatına görə, ilk olaraq, evdə Ağdam komandası görüş keçirəcək.

Çexiya "Slovan"ı ilə sentyabrın 15-də nəzərdə tutulan qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da (Avropa vaxtı ilə saat 17:00-da) başlanacaq. Qarşılaşmanın Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağı bildirilir. Amma "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mərkəzi arenanın ot örtüyünün bərbad vəziyyətdə olması səbəbindən görüşün ya Bakı Olimpiya Stadionu, ya da "Dalğa Arena"da baş tutacağını bildirib.

"Qəbələ" isə sentyabrın 29-na təsadüf edəcək II turda ilk rəqibini qəbul edəcək. Almaniya "Maynts"ı ilə görüşə də saat 19:00-da start veriləcək. Qarşılaşma "Bakcell Arena"da oynanılacaq.

III turda "Qarabağ" Yunanıstan PAOK-u ilə 20 oktyabr saat 19:00-da, IV turda "Qəbələ" Fransa "Sent-Etyen"i ilə 3 noyabr saat 22:00-da qarşılaşacaq.

Noyabrın 24-də IV turda "Qəbələ"nin Belçika "Anderlext"i ilə, dekabrın 8-də VI turda "Qarabağ"ın İtaliya "Fiorentina"sı ilə ev oyunları saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan ərazisində yay və qış vaxtlarına keçid ləğv olunduğundan, oktyabrın 30-na keçən gecədən etibarən Mərkəzi Avropa ilə vaxt fərqi 3 saata yüksələcək. Bu səbəbdən, başlama saatlarında dəyişiklik edilib.  

Azərbaycan klublarının ev oyunlarının başlama saatları (Mərkəzi Avropa və Bakı vaxtı ilə)

I tur

15 sentyabr

17:00 (19:00). "Qarabağ" - "Slovan" (Liberets, Çexiya)

19:00 (21:00). "Anderlext" (Belçika) - "Qəbələ"

II tur

29 sentyabr

17:00 (19:00). "Qəbələ" - "Maynts" (Almaniya)

19:00 (21:00). "Fiorentina" (İtaliya) - "Qarabağ"

III tur

20 oktyabr

17:00 (19:00). "Qarabağ" - PAOK (Yunanıstan)

21:05 (23:05). "Sent-Etyen" (Fransa) - "Qəbələ"

IV tur

3 noyabr

19:00 (22:00). "Qəbələ" - "Sent Etyen"

21:05 (00:05). PAOK - "Qarabağ"

V tur

24 noyabr

17:00 (20:00). "Qəbələ" - Anderlext"

19:00 (22:00). "Slovan" - "Qarabağ"

VI tur

8 dekabr

17:00 (20:00). "Qarabağ" - "Fiorentina"

19:00 (22:00). "Maynts" - "Qəbələ"

Son xəbərlər

Orphus sistemi