"Qarabağ" komandası qış hazırlıq planını açıqlayıb

"Qarabağ" komandası qış hazırlıq planını açıqlayıb Bakı. 22 dekabr. REPORT.AZ/ Qarabağ komandası qış hazırlıq planını açıqlayıb.
Futbol
22 Dekabr , 2017 00:53
Qarabağ komandası qış hazırlıq planını açıqlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ "Qarabağ" komandası qış hazırlıq planını açıqlayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam komandası yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq.

Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Toplanış ərzində 6 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Rəqiblərdən 3-ü və bu oyunların keçiriləcəyi tarixlər artıq məlumdur. "Qarabağ" yanvarın 20-də Polşanın "Lexiya" (Qdansk), yanvarın 25-də Ukraynanın "Mariupol", fevralın 3-də isə Monteneqronun "Mladost" komandası ilə qarşılaşacaq.

Digər 3 rəqib haqda növbəti günlərdə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl Rusiyanın "Şinnik" klubu yanvarın 30-da "Qarabağ"la yoxlama matçı keçirəcəyini açıqlayıb. Lakin Azərbaycan təmsilçisi belə bir oyunun olacağını təsdiqləməyib.

Son xəbərlər

Orphus sistemi