Yuxarı

"Qarabağ" klubu Ukraynaya yola düşüb

"Qarabağ" klubu Ukraynaya yola düşüb

Bakı. 6 noyabr. REPORT.AZ/ "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçında qarşılaşacağı Ukrayna "Vorskla"sı ilə matç üçün Poltavaya yollanıb.

"Report"un məlumatına görə, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə 18:30-da havaya qalxıb. Təyyarə üç saatlıq uçuşun ardından Poltava hava limanına enəcək.

Noyabrın 7-də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və "Vorskla"nın baş məşqçisi Vasili Saçko mətbuat konfransı təşkil edəcək.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi