"Qarabağ" klubu qırmızı vərəqə alan futbolçusunu cəzalandırıb

"Qarabağ" klubu qırmızı vərəqə alan futbolçusunu cəzalandırıb Bu barədə Qurban Qurbanov açıqlama verib
Futbol
26 Sentyabr , 2017 17:14
Qarabağ klubu qırmızı vərəqə alan futbolçusunu cəzalandırıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Miçel klub tərəfindən cəzalanıb. "Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 

O, ispaniyalı yarımmüdafiəçinin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının VI tur matçında qırmızı vərəqə almasını səbəb göstərib: "Belə şeylər bağışlanılmır. Amma idmanda bu cür səhvlər mümkündür. Hətta özümdə də olur. Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah "Roma" ilə matçda meydanda olma ehtimalı çoxdur".

Qeyd edək ki, Miçel "Qarabağ"ın "Sumqayıt"ı 4:1 hesabı ilə yendiyi görüşün 88-ci dəqiqəsində qırmızı vərəqə alıb. 

Son xəbərlər

Orphus sistemi