"Qarabağ" klubu Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib - VİDEO

"Qarabağ" klubu Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib - VİDEO Azərbaycan təmsilçisi Monteneqroda "Rudar"ı məğlub edib
Futbol
23 İyul , 2015 01:56
Qarabağ klubu Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib - VİDEO

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib. "Report"un məlumatına görə, Ağdam təmsilçisi Monteneqro "Rudar"ını mübarizədən kənarlaşdırıb. 

II təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Yeganə topu 57-ci dəqiqədə Ansi Aqolinin ötürməsindən sonra Reynaldo vurub. Bakıdakı ilk görüşdə 0:0 hesablı heç-heçə qeydə alındığından, baş məşqçi Qurban Qurbanovun komandası iki oyunun nəticəsində mərhələ adlayıb. 

Qeyd edək ki, "Qarabağ"ın növbəti rəqibi İslandiya "Styarnan"ını mübarizədən kənarlaşdırmış Şotlandiya "Seltik"i olacaq. İlk oyun iyulun 28-29-da Qlazqoda, cavab görüşü isə avqustun 4-5-də Bakıda olacaq. 

Son xəbərlər

Orphus sistemi