Yuxarı
    Bağlamaq

    "Qarabağ" "İnter"lə matçda sayılmayan qolu ilə bağlı mətbuat konfransı keçirəcək

    Mətbuat xidmətindən bildirilib ki, hakimin ədalətsiz qərarı ilə bağlı lazımi tədbirlər görülməsi üçün əllərindən gələni edəcəklər

    Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubu İtaliya "İnter"i ilə matçda sayılmayan qolu ilə bağlı dekabrın 12-də mətbuat konfransı keçirməyə qərar verib.

    Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir "Qarabağ"ın Suraxanı qəsəbəsindəki bazasında təşkil olunacaq.

    Mətbuat konfransında vitse-prezident Tahir Gözəl və baş məşqçi Qurban Qurbanov iştirak edəcək.

    Mətbuat xidmətindən bildirilib ki, hakimin ədalətsiz qərarı ilə bağlı lazımi tədbirlər görülməsi üçün əllərindən gələni edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi