Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir "Qarabağ"ın Suraxanı qəsəbəsindəki bazasında təşkil olunacaq.
Mətbuat konfransında vitse-prezident Tahir Gözəl və baş məşqçi Qurban Qurbanov iştirak edəcək.
Mətbuat xidmətindən bildirilib ki, hakimin ədalətsiz qərarı ilə bağlı lazımi tədbirlər görülməsi üçün əllərindən gələni edəcəklər.