"Qarabağ"ın yoxlama oyunlarında qarşılaşacağı rəqiblər bəlli olub

"Qarabağ"ın yoxlama oyunlarında qarşılaşacağı rəqiblər bəlli olub Qarabağ” komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib.
Futbol
31 May , 2019 13:21
Qarabağın yoxlama oyunlarında qarşılaşacağı rəqiblər bəlli olub

"Qarabağ” komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

"Report"un məlumatına görə, Azərbaycan çempionu iyunun 18-də təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək.

Ağdam təmsilçisi hazırlıq prosesində 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçi kollektiv iyunun 22-də Bolqarıstanın "Ludoqorests", iyunun 25-də Rumıniyanın "Krayova", iyunun 28-də Rusiyanın "Ufa", iyulun 2-də isə Çexiyanın "Viktoriya" komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" 2019/2020 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq. 

Son xəbərlər

Orphus sistemi