"Qarabağ"ın sabiq qapıçısı klubun düşərgəsində olub - VİDEO

"Qarabağ"ın sabiq qapıçısı klubun düşərgəsində olub - VİDEO Bakı. 27 iyun. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışını davam etdirən Qarabağ klubunun sabiq qapıçısı İbrahim Şehiç komandanın düşərgəsində olub.
Futbol
27 İyun , 2018 15:40
Qarabağın sabiq qapıçısı klubun düşərgəsində olub  - VİDEO

Bakı. 27 iyun. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubunun sabiq qapıçısı İbrahim Şehiç komandanın düşərgəsində olub. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı qolkiper məşqə gələrək futbolçu və məşqçi heyəti ilə görüşüb. 

O, "Qarabağ"ın onun ailəsi olduğunu deyib: "Burada çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxları ilə görüşə bilmirdim. Ona görə də gəlib onlarla görüşməyi özümə mənəvi borc bildim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq hər zaman "Qarabağ"ı dəstəkləyəcəyəm, ürəyim bu komandayla döyünəcək".

Son xəbərlər

Orphus sistemi