"Qarabağ"ın rəqibləri arasında futbolçu transferi həyata keçiriləcək

"Qarabağ"ın rəqibləri arasında futbolçu transferi həyata keçiriləcək Dieqo Kosta ildə 10 milyon avro qazanacaq
Futbol
9 Sentyabr , 2017 11:08
Qarabağın rəqibləri arasında futbolçu transferi həyata keçiriləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun futbolçusu Dieqo Kosta yaxın günlərdə İspaniya "Atletiko"suna keçə bilər. 

"Report"un express.co.uk-a istinadən verdiyi məlumata görə, bununla bağlı iki klubun rəsmiləri arasında görüş olacaq.

"Atletiko" 28 yaşlı hücumçu üşün 35 milyon avro ödəməyə hazırdır. İspaniyalı oyunçunun özü isə ildə 10 milyon avro qazanacaq. Kosta "Çelsi"nin əvəzedici komandası ilə məşqə çıxmaqdan imtina edib. Baş məşqçi Antonio Konte münaqişədə olduğu təcrübəli futbolçuya ehtiyac duymadığını bildirib. Klubu isə forvardı 300 min funt sterlinq cərimələyib. Kosta Çempionlar Liqasına sifariş olunmasa da, İngiltərə Premyer Liqası üçün iştirak ərizəsinə daxil edilib. "Atletiko"ya qış transfer dövrünədək yeni oyunçuları qeydiyyatdan keçirmə qadağası qoyulduğundan, Madrid klubu keçmiş oyunçusunu mövsümün ikinci yarısından meydana buraxa bilər.

Qeyd edək ki, "Çelsi" və "Atletiko" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. 

Son xəbərlər

Orphus sistemi