"Qarabağ"ın rəqibi braziliyalı futbolçunu komandadan göndərib

"Qarabağ"ın rəqibi braziliyalı futbolçunu komandadan göndərib Jilberto Moraeş karyerasını B Seriyasında davam etdirəcək
Futbol
31 Avqust , 2016 15:54
Qarabağın rəqibi braziliyalı futbolçunu komandadan göndərib

Bakı. 31 avqust. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İtaliyanın "Fiorentina" klubu futbolçusu ilə yollarını ayırıb.

"Report"un Florensiya klubunun saytına istinadən verdiyi məlumata görə, braziliyalı Cilberto Moraeş karyerasını icarə əsasında İtaliya B Seriyasında mübarizə aparan "Latina"nın heyətində keçirəcək.

23 yaşlı müdafiəçinin icarə müddəti bir ildir. Moraeş "Fiorentina"ya 2015-ci ildə Braziliyanın "Botafoto" klubundan transfer edilib.

Qeyd edək ki, "Qarabağ" J qrupunda "Fiorentina"dan əlavə, PAOK (Yunanıstan) və "Slovan" (Çexiya) klubları ilə də mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi