"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina yığmasının heyətində kubok qazanıb - VİDEO

"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina yığmasının heyətində kubok qazanıb - VİDEO İbrahim Şehiç final matçında da əsas heyətdə yer alıb
Futbol
7 İyun , 2016 17:59
Qarabağın qapıçısı Bosniya və Herseqovina yığmasının heyətində kubok qazanıb - VİDEO

Bakı. 7 iyun. REPORT.AZ/ "Qarabağ" futbol klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində Kirin Kubokunu qazanıb. "Report"un məlumatına görə, 28 yaşlı qolkiperin komandası Yaponiyada keçirilən turnirin finalında təşkilatçı ölkə yığmasına qalib gəlib - 2:1.

Start heyətində meydana çıxan Şehiç 28-ci dəqiqədə Hiroşi Kiyotakenin zərbəsinə əngəl ola bilməyib. Lakin bundan cəmi 1 dəqiqə sonra Milan Curiç bərabərlik, 66-cı dəqiqədə isə bərabərlik qolunu vurub.

Qeyd edək ki, 3-cü yeri Bolqarıstanı 4:0 hesabı ilə məğlub edən Danimarka tutub.

Son xəbərlər

Orphus sistemi