Bakı. 3 iyun. REPORT.AZ/ "Qarabağ"ın qapıçısı İbrahim Şehiç futbol üzrə Bosniya və Herseqovina yığmasını Yaponiyada keçirilən Kirin Kubokunda finala çıxarıb. "Report"un məlumatına görə, 4 ölkənin qatıldığı turnirin Danimarka ilə yarımfinal matçında 28 yaşlı qolkiper bacarığını penaltilər seriyasında göstərib.
Şehiçin əsas heyətdə yer aldığı görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə nəticələnib. Qaydalara əsasən, bu halda əlavə vaxt olmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Bosniyalı qapıçı rəqibin 5 penaltisindən 1-ni dəf edib. Onun danimarkalı həmkarı Kasper Şmeyxel isə cəmi 1 penaltinin qapıya daxil olmasına imkan verməyib. Şmeyxel ilk, Şehiç ikinci penaltini qaytarıb. Danimarka millisinin 3-cü penaltisi isə qapının üstündən keçib.
Qeyd edək ki, Bosniya və Herseqovinanın finaldakı rəqibi Yaponiya - Bolqarıstan matçının qalibi olacaq.