Yuxarı

"Qarabağ"ın məşqçisi: "Çelsi"yə məğlubiyyət bizi razı salmasa da, uşaqlar yaxşı oynadılar"

"Qarabağ"ın məşqçisi: "Çelsi"yə məğlubiyyət bizi razı salmasa da, uşaqlar yaxşı oynadılar"
Oyun baxımından rəqiblərə uduzmuruq

Bakı. 22 noyabr. REPORT.AZ/ "Oyuna planlaşdırdığımız kimi başladıq. İkinci hissədə qol vurduqdan sonra dəyişikliklərə əl atdıq. Nəticə bizi razı salmasa da, uşaqlar yaxşı oynadılar". 

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın məşqçisi Aftandil Hacıyev UEFA Gənclər Liqasının V turunda İngiltərə təmsilçisi "Çelsi"yə 1:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.

O bildirib ki, "Qarabağ" bəzi futbolçuların diqqətsizliyindən uduzub: "Qapımıza ilk qol penaldan vururldu deyə, komanda ruhdan düşdü. Qapıçımız səhvə yol verdi. Hələ gəncdirlər. Lakin artıq tədricən vəziyyəti düzgün qiymətləndirməli, uşaq səhvi etməməlidirlər".

A.Hacıyev deyib ki, "Çelsi"nin qapısına vurulan yeganə qolun müəllifi Yeroslav Dedanın əsas komandaya cəlb olunması baş məşqçi Qurban Qurbanovdan asılıdır: "Gənclər Liqasında 3 qol vurub, bu gün də fərqləndi. Lakin onun əsas komandaya cəlb olunması barədə bir söz deyə bilmərəm. Növbəti turda "Roma" səfəri də bizim üçün bir təcrübədir. Əlimizdən gələni edəcəyik. Oyun baxımından rəqiblərə uduzmuruq. Yaxşı epizodlarımız olur. İtaliyada da qalib gəlməyə çalışacağıq".

Hacıyev gənclər komandasının baş məşqçisi Rəşad Sadıqovun "Çelsi" ilə görüşdə texniki zonada yer almasına da toxunub: "Əsas komandanın matçı saat 21:00-da olduğu üçün Rəşad komandanın başında idi. Burdakı məğlubiyyətin ona axşamkı qarşılaşmada mənfi təsir edəcəyinə inanmıram".

Qeyd edək ki, 5 turdan sonra "Qarabağ" 3 xalla sonuncu pillədədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi