"Qarabağ"ın keçmiş hücumçusu Çin çempionatında daha 2 qol vurub

"Qarabağ"ın keçmiş hücumçusu Çin çempionatında daha 2 qol vurub Bakı. 17 mart. REPORT.AZ/ Qarabağın sabiq futbolçusu Dino Ndlovu Çinin I Liqasında çıxış edən Xançjou Qrintaun komandasının heyətində daha 2 qol vurub.
Futbol
17 Mart , 2018 17:59
Qarabağın keçmiş hücumçusu Çin çempionatında daha 2 qol vurub

Bakı. 17 mart. REPORT.AZ/ "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çinin I Liqasında çıxış edən "Xançjou Qrintaun" komandasının heyətində daha 2 qol vurub.

"Report" xəbər verir ki, 28 yaşlı hücumçu "Dalian Transsend"lə II tur matçında "dubl" edib. O, 67 və 71-ci dəqiqələrdə fərqlənib. Görüş "Xançjou Qrintaun"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ndlovu aktivindəki qolların sayını 3-ə çatdırıb. O, ilk turda "Ney Monqol"u 2:0 hesabı ilə yendikləri görüşdə qollardan birinin müəllifi olub.

Qeyd edək ki, Dino Ndlovu "Xançjou Qrintaun"la yanvarın 20-də 2 illik müqavilə bağlayıb. Bu keçid qarşılığında "Qarabağ"a 750 min avro (1,5 milyon manat) ödənilib.

Son xəbərlər

Orphus sistemi