"Qarabağ"ın istədiyi çexiyalı qapıçı klubdan ayrılır

"Qarabağ"ın istədiyi çexiyalı qapıçı klubdan ayrılır Mövsümün əvvəlində Qarabağın transfer etmək istədiyi qapıçısı Vatslav Qladki Şotlandiyanın “Sent-Mirren” klubu ilə yollarını ayıracaq.
Futbol
4 İyun , 2020 17:02
Qarabağın istədiyi çexiyalı qapıçı klubdan ayrılır

Mövsümün əvvəlində "Qarabağ"ın transfer etmək istədiyi qapıçısı Vatslav Qladki Şotlandiyanın “Sent-Mirren” klubu ilə yollarını ayıracaq. 

"Report" "Heraldscotland" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı çexiyalı qolkiperin başa çatan müqaviləsi yenilənməyəcək. 

Azad agent olan oyunçu ilə Şotlandiyanın "Reyncers" klubu da maraqlanır. Komandanın baş məşqçisi Stiven Cerrard Qladkini yollarını ayırdıqları Ues Foderingemə əvəzləyici kimi görür. 

Nəşr bildirir ki, belə olacağı təqdirdə, çexiyalı qolkiper 38 yaşlı təcrübəli Allan Makqreqorla rəqabət aparmalı olacaq .

Qeyd edək ki, “Sent-Mirren” mövsümün əvvəlində qapıçısı Vatslav Qladki üçün “Qarabağ”ın 200 min funt sterlinqlik təklifini geri çevirib.

Son xəbərlər

Orphus sistemi