"Qarabağ"ın hücumçusu: "Əsas rəqibimiz "Qəbələ" yox, "Neftçi"dir"

"Qarabağ"ın hücumçusu: "Əsas rəqibimiz "Qəbələ" yox, "Neftçi"dir" Bakı. 26 sentyabr. REPORT.AZ/ Qarabağın futbolçusu İnnosent Emeqara Zirəni 3:2 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış oyunun ardından brifinq keçirib. Komandasının iki qolunun müəllifi olan isveçrəli hücumçu Reportun da suallarını cavablandırıb:
Futbol
26 Sentyabr , 2018 22:29
Qarabağın hücumçusu: Əsas rəqibimiz Qəbələ yox, Neftçidir

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu İnnosent Emeqara "Zirə"ni 3:2 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış oyunun ardından brifinq keçirib. Komandasının iki qolunun müəllifi olan isveçrəli hücumçu "Report"un da suallarını cavablandırıb:

- Bugünkü qarşılaşmanı necə dəyərləndirirsiniz?

- Bütün oyunlarda qalib gəlməyə çalışırıq. Hücumçuyamsa, işim qol vurmaqdır. Mən də buna çalışmalıyam. "Qəbələ" ilə oyuna nəzərən, bu gün daha ağır oyun oldu. "Zirə" bizə çətin anlar yaşatdı.

- Bugünkü qolların davamını "Arsenal"la görüşdə görə biləcəyik?

- Təbii ki, istərdim. Düzdür, motivasiya fərqi də var. Daha yaxşı çıxış etməyə məcburuq.

- "Qarabağ"a əsas rəqib kimi hansı komandanı görürsünüz?

- Fikrimcə, bu, "Neftçi"dir. "Ağ-qaralar" bizimlə eyni xala malikdirlər. Amma proqramımız daha çətindir. "Neftçi" ağır təqvimimizdən yararlanmağa çalışacaq.

- Bəs "Qəbələ"ni siyahıdan "silirsiniz"?

- Məncə, əsas rəqib "Neftçi"dir.

Son xəbərlər

Orphus sistemi