Yuxarı

"Qarabağ"ın futbolçusu üçün doğulduğu şəhərdə qarşılanma mərasimi keçirilib - VİDEO

"Qarabağ"ın futbolçusu üçün möhtəşəm qarşılanma

Haiti yığmasının Qızıl Kubokda bürünc medal qazanması münasibətilə "Qarabağ" klubunun futbolçusu Donald Gerrye üçün doğulduğu Le Ke şəhərində qarşılanma mərasimi təşkil olunub.

"Report"un məlumatına görə, şəhər bulvarında keçirilmiş tədbirdə xeyli insan təcrübəli cinah oyunçusunu alqışlayıb. Eyni zamanda sakinlər konsertlə şənləniblər.

Qeyd edək ki, Haiti millisi Qızıl Kubokun yarımfinalında Meksikaya 0:1 hesabı ilə uduzub. Yarışın qalibi finalda ABŞ-a eyni hesabla qalib gələn Meksika olub. 3-cü yer uğrunda görüş olmadığı üçün Haiti Yamayka ilə birgə avtomatik bürünc medala yiyələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi