"Qarabağ"ın futbolçusu üçün doğulduğu şəhərdə qarşılanma mərasimi keçirilib - VİDEO

"Qarabağ"ın futbolçusu üçün doğulduğu şəhərdə qarşılanma mərasimi keçirilib - VİDEO Haiti yığmasının Qızıl Kubokda bürünc medal qazanması münasibətilə Qarabağ klubunun futbolçusu Donald Gerrye üçün doğulduğu Le Ke şəhərində qarşılanma mərasimi təşkil olunub.
Futbol
9 İyul , 2019 09:40
Qarabağın futbolçusu üçün doğulduğu şəhərdə qarşılanma mərasimi keçirilib - VİDEO

Haiti yığmasının Qızıl Kubokda bürünc medal qazanması münasibətilə "Qarabağ" klubunun futbolçusu Donald Gerrye üçün doğulduğu Le Ke şəhərində qarşılanma mərasimi təşkil olunub.

"Report"un məlumatına görə, şəhər bulvarında keçirilmiş tədbirdə xeyli insan təcrübəli cinah oyunçusunu alqışlayıb. Eyni zamanda sakinlər konsertlə şənləniblər.

Qeyd edək ki, Haiti millisi Qızıl Kubokun yarımfinalında Meksikaya 0:1 hesabı ilə uduzub. Yarışın qalibi finalda ABŞ-a eyni hesabla qalib gələn Meksika olub. 3-cü yer uğrunda görüş olmadığı üçün Haiti Yamayka ilə birgə avtomatik bürünc medala yiyələnib. 

Son xəbərlər

Orphus sistemi