"Qarabağ"ın futbolçusu Reynaldonun "Adanaspor" klubuna keçidi rəsmiləşib

"Qarabağ"ın futbolçusu Reynaldonun "Adanaspor" klubuna keçidi rəsmiləşib Reynaldo dos Santos Silva ilə 2.5 illik müqavilə imzalanıb
Futbol
27 Yanvar , 2017 19:41
Qarabağın futbolçusu Reynaldonun Adanaspor klubuna keçidi rəsmiləşib

Bakı 27 yanvar. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Reynaldo dos Santos Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi rəsmiləşib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ara transfer zamanı heyətini gücləndirməyə davam edən "Adanaspor"' bununla üçüncü transferini realılaşdırıb: "Azərbaycan Premier Liqasında mübarizə aparan Ağdamın "Qarabağ" komandasında forma geyinən braziliyalı hücumçu Reynaldo dos Santos Silva ilə 2.5 illik müqavilə imzaladıq. 28 yaşında olan Reynaldo bundan əvvəl Belçikanın "Anderlext", "Westerlo", "Cercle Brugge" komandalarında oynayıb. O, "Qarabağ"da 4 mövsüm forma geyinib. Futbolçu bu mövsümdə "Qarabağ"da keçirdiyi oyunlarda 6 dəfə qapılara yol tapıb."

Reynaldo dos Santos Silva imza mərasimindən sonra bildirib ki, burada daha yaxşı işlər görməyə gəldim: "Adanaspor"da olmaqdan məmnunam. Bura köklü bir klubdur. Burada olduğum üçün çok xoşbəxdəm. Uzun illər Azərbaycanda yaşadım. Türkiyədə yad deyiləm, ikisi də qardaş ölkədir. Burada uğurlu olacağıma əminəm. Klubun rəhbəri Bayram Akgülə və transferimdə əməyi olan hər kəsə çox təşəkkür edirəm."

Xatırladaq ki,  Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bir müdət əvvəl 28 yaşlı braziliyalı hücumçunun bu gün Super Liqa təmsilçisi ilə rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi