“Qarabağ”ın futbolçusu karyerasını İsveç klubunda davam etdirə bilər

“Qarabağ”ın futbolçusu karyerasını İsveç klubunda davam etdirə bilər AİK Tarik Elyunussinin xidmətində maraqlıdır
Futbol
10 Yanvar , 2018 12:08
“Qarabağ”ın futbolçusu karyerasını İsveç klubunda davam etdirə bilər

Bakı. 10 yanvar. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Tarik Elyunussi karyerasını İsveçin AİK klubunda davam etdirə bilər.

“Report” “SportExpressen”ə istinadən xəbər verir ki, Stokholm təmsilçisi Norveç yığmasının 30 yaşlı yarımmüdafiəçisinin xidmətində maraqlıdır. Artıq AİK rəsmiləri Mərakeş əsilli futbolçunun müqavilə ilə məxsus olduğu Yunanıstan “Olimpiakos”u ilə danışıqlara başlayıblar. İsveçrə təmsilçisi Elyunussini transfer etmək, bu baş tutmayacağı təqdirdə isə icarəyə götürmək istəyir.

Qeyd edək ki, “Qarabağ”ın yay fasiləsində 1 illik icarəyə götürdüyü Tarik Elyunussi cari mövsümdə 8 oyunda meydana çıxıb. O, geridə qalan müddətdə əsas heyət üzvünə çevrilə bilməyib.

Son xəbərlər

Orphus sistemi