"Qarabağ”ın futbolçusu: "Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik"

"Qarabağ”ın futbolçusu: "Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik" Bakı. 26 oktyabr. REPORT.AZ/ Biz Vorskla”dan daha yaxşı, daha səviyyəli komandayıq. Meydanda da rəqibdən daha fəal oynadıq”.
Futbol
26 Oktyabr , 2018 03:32
Qarabağ”ın futbolçusu: Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Biz "Vorskla”dan daha yaxşı, daha səviyyəli komandayıq. Meydanda da rəqibdən daha fəal oynadıq”.

"Report" xəbər verir ki, bu sözləri "Qarabağ”ın futbolçusu Simeon Slavçev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Vorskla”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Bolqarıstanlı yarımmüdafiəçi məğlubiyyətə baxmaraq, yaxşı oynadıqlarını bildirib: "Rəqib qapımıza doğru cəmi 2 zərbə vurdu, biri qol ilə nəticələndi. Hücum və müdafiədə özümüzü inkişaf etdirməliyik. Növbəti oyunumuzda qələbə qazanmalıyıq ki, azarkeşlərimizi sevindirək. Düşünürəm ki, pis oynamadıq. Çünki bu gün yaxşı çıxış etdik. Kimsə başqa cür düşünə, şərh verə bilər. Mənim fikrimcə, komanda inamlı təsir bağışladı. Sadəcə, nəticə istədiyimiz kimi olmadı”.

Bəxt amilindən gileylənən Slavçev öz çıxışı barədə də söz açıb: "Komanda uduzubsa, öz oyunumla bağlı nikbin danışa bilmərəm. Meydanda qalib gəlmək üçün hər şeyi edirəm. Amma bu gün bəxtimiz gətirmədi və məğlub olduq”.

26 yaşlı oyunçu Qurban Qurbanovun paltardəyişmə otağında çox danışmadığını söyləyib: "Sadəcə dedi ki, ruhdan düşməyin. Çünki qarşıda digər vacib oyunlar var”.

Son xəbərlər

Orphus sistemi