Yuxarı

"Qarabağ"ın futbolçusu: "Çempionlar Liqasında oynamaqdan böyük qürur duyuram"

"Qarabağ"ın futbolçusu: "Çempionlar Liqasında oynamaqdan böyük qürur duyuram"
Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq
© Report/ Firi Salim

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Qarabağ”ın heyətində belə bir turnirdə çıxış etməkdən böyük qürur hissi duyuram". 

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Pedro Enrike Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya "Roma"sı ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.

O, bildirib ki, ÇL-in qrup mərhələsinin ilk ev oyununda yaxşı nəticə əldə etmək üçün əllərindən gələni edəcəklər: "Bizim üçün çox çətin olacaq. Bu turnirdə çıxış etmək tək mənim yox, bütün komanda üçün fəxr hissidir. İlk ev oyunumuzdur. Bu səbəbdən, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi