"Qarabağ"ın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib - ƏLAVƏ OLUNUB

"Qarabağ"ın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib - ƏLAVƏ OLUNUB Qarabağın avrokuboklardakı növbəti rəqibləri müəyyənləşib.
Futbol
22 İyul , 2019 14:35
Qarabağın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib - ƏLAVƏ OLUNUB

"Qarabağ"ın avrokuboklardakı növbəti rəqibləri müəyyənləşib. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Dandolk” (İrlandiya) səddini keçəcəyi təqdirdə, “Sutyeska” (Monteneqro) / APOEL (Nikosiya, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. İlk oyunlar 6-7 avqustda, cavab qarşılaşmaları isə 13 avqustda olacaq. 

“Qarabağ” “Dandolk”u üstələyə bilməyəcəyi halda isə Avropa Liqasının III təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi ilə görüşəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. Ölkə çempionu I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0). 

Çempionlar yolu

“Makkabi” (Tel-Əviv, İsrail) / "CFR Kluj" (Rumıniya) - “Seltik” (Şotlandiya) / “Nomme Kalyu” (Estoniya)

APOEL (Nikosiya, Kipr) / “Sutyeska” (Monteneqro) - “Dandolk” (İrlandiya) / “Qarabağ” (Azərbaycan)

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan) - “Ferensvaroş” (Macarıstan) / “Valetta” (Malta)

“Srvena Zvezda” (Serbiya) / HİK (Finlandiya) - “Kopenhagen” (Danimarka) / TNS (Uels)

“Maribor” (Sloveniya) / AIK (İsveç) - BATE (Belarus) – “Rusenborq” (Norveç)

Liqa yolu

“Başakşehir” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) / “Viktoriya” (Çexiya)

“Krasnodar” (Rusiya) – “Portu” (Portuqaliya)

“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna)

PSV (Hollandiya) / “Bazel” (İsveçrə) – LASK (Avstriya)

Son xəbərlər

Orphus sistemi