"Qarabağ"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərir

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərir Joze Pezeyrunun yerinə iki namizəd var
Futbol
1 Noyabr , 2018 14:40
Qarabağın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərir

Bakı. 1 noyabr. REPORT.AZ/ UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Portuqaliyanın “Sportinq” komandasının baş məşqçisi Joze Pezeyru istefaya göndərilə bilər.

“Report” “A Bola”ya istinadən xəbər verir ki, klub rəhbərliyi 58 yaşlı mütəxəssisi postundan uzaqlaşdırmaq fikrində qətidir. Onun yerinə iki namizədin gözdən keçirildiyi bildirilir.

Söhbət fransalı Leonardu Jardim və portuqaliyalı Paulu Souzadan gedir. Bu məşqçilər ötən ay müvafiq olaraq Fransanın “Monako” və Çinin “Tyantszin Tsyuantszyan” komandalarını tərk ediblər.

“Sportinq” oktyabrın 31-də Liqa Kubokunun qrup mərhələsinin II turunda evdə I Divizion təmsilçisi “Eştoril”ə uduzub – 1:2. Azərbaycan millisinin futbolçusu Renat Dadaşov rəqib komandanın heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib. Lissabon təmsilçisi Premyer Liqada 8 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sportinq" sentyabrın 20-də Lissabonda keçirilmiş görüşdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar Bakıda noyabrın 29-da üz-üzə gələcəklər.   

Son xəbərlər

Orphus sistemi