Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın Avropa Liqasındakı növbəti rəqibi 6 futbolçu itkisi ilə üzləşib

    Monakonun baş məşqçisi start heyəti qurmaqda çətinlik çəkir

    Bakı. 16 oktyabr. REPORT.AZ/ Fransanın "Monako" klubu Avropa Liqasında "Qarabağ"la keçirəcəyi qrup mərhələsinin III tur matçından öncə itkilərlə üzləşib. "Report"un məlumatına görə, baş məşqçi Leonardu Jardim klubun tibbi heyətinin raportundan sonra xeyli qayğılanıb.

    Həkimlər müdafiəçi Eldersonun Nigeriya, arxa xətt oyunçusu Fabio Koentrao və yarımmüdafiəçi Bernardo Silvanın Portuqaliya, orta xətt oyunçusu Nabil Dirarın Mərakeş, Tyemue Bakayokonun Fransa millilərindən müxtəlif əzələ və oynaq patologiyaları ilə qayıtdıqlarını bildiriblər. Üstəlik, Malidən olan yarımmüdafiəçi Adama Traorenin məşq zamanı topuğu qırılıb. Hazırda Jardimin ilk "11-liy"i müəyyənləşdirməkdə belə çətinlik çəkdiyi bildirilir.

    Qeyd edək ki, "Monako" - "Qarabağ" matçı oktyabrın 22-də "II Lui" stadionunda keçiriləcək. Bundan öncə "knyazlıq klubu"nu oktyabrın 16-da "Lion"la Fransa Liqasının X tur qarşılaşması gözləyir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi