"Qarabağ" İtaliya klubunun futbolçusuna təklif göndərib

"Qarabağ" İtaliya klubunun futbolçusuna təklif göndərib Qvineya-Bisaudan olan yarımmüdafiəçi ilə "Peskara" da maraqlanır
Futbol
19 İyul , 2017 14:12
Qarabağ İtaliya klubunun futbolçusuna təklif göndərib

Bakı. 19 iyul. REPORT.AZ/ İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embalo tezliklə "Qarabağ"a keçə bilər. "Report"un "Sportitalia"ya istinadən verdiyi məlumata görə, 23 yaşlı sol cinah oyunçusu Ağdam təmsilçisindən cəlbedici təklif alıb.

Hazırda "Palermo" rəhbərliyi təklifi nəzərdən keçirir. Qvineya-Bisaudan olan yarımmüdafiəçi ilə "Peskara" da maraqlanır. Baş məşqçi Zdenek Zeman Embalonun transfer olunmasını istəyir.

Qeyd edək ki, ötən mövsüm "Palermo" İtaliya A Seriyasını 26 xalla 19-cu pillədə tamamlayıb və aşağı liqaya enib. Karlos Embalo isə 12 oyunda forma geyinib.  

Son xəbərlər

Orphus sistemi