"Qarabağ" - "Göteborq" matçının başlama saatı müəyyənləşib

"Qarabağ" - "Göteborq" matçının başlama saatı müəyyənləşib Görüş "Qamla Ullevi" stadionunda təşkil olunacaq
Futbol
9 Avqust , 2016 20:36
Qarabağ - Göteborq matçının başlama saatı müəyyənləşib

Bakı. 9 avqust. REPORT.AZ/ "Qarabağ" və İsveçin "Göteborq" komandaları arasındakı futbol üzrə Avropa Liqasının ilk "pley-off" matçının başlama saatı müəyyənləşib.

Klubdan "Report"a verilən məlumata görə, avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Görüş "Qamla Ullevi" stadionunda baş tutacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi