Yuxarı

"Qarabağ" "Düdelanj"la heç-heçə edib - YENİLƏNİB-2

"Qarabağ" "Düdelanj"la heç-heçə edib

Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirib.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun "Düdelanj" komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qalib müəyyənləşməyib - 1:1.

Baş məşqçi Qurban Qurbanov "Düdelanj"ı səfərdə 4:1 hesabı ilə məğlub etdikləri matçla müqayisədə start heyətində 2 dəyişiklik edib. Qapıda Asmir Beqoviçi Şahrudin Məhəmmədəliyev, orta xətdə isə Riçard Almeydanı İsmayıl İbrahimli əvəzləyib.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar:

"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov

"Düdelanj": 1.Conatan Juber (k), 4. Kobe Kols 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaybe, 28. Şarl Morren 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren

E qrupunda İspaniyanın "Sevilya" kollektivi 15 xalla 1-ci, Kipr APOEL-i isə 7 xalla 2-ci yeri təmin edərək pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyırdı. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmli olduğu üçün komandalar görüşə hücumlarla başlayıblar. Start fitindən 3 dəqiqə sonra Zubir hesabı açmağa yaxın olsa da, əlverişli vəziyyətdən topu üstdən vurub. Bundan sonra hər iki komanda topu rəqibin cərimə meydançasına qədər gətirsə də real qol epizodu yaratmaqda çətinlik çəkiblər.

Görüşün 37-ci dəqiqəsində müdafiəçilərin səhvindən sonra zərbə mövqeyinə çıxan Bettaybenin fərqlənməsinə Məhəmmədəliyev mane olub. Bundan bir dəqiqə sonra isə Emreli rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim "davam" işarəsi verib.

"Qarabağ" ikinci hissəyə uğursuz başlayıb. Matçın 46-cı dəqiqəsində ikinci dəfə sarı vərəqə alan Qarayev komandasını azlıqda qoyub. Bundan 4 dəqiqə sonra İbrahimlinin yerinə meydana Riçard Almeyda daxil olub. Oyunun 63-cü dəqiqəsində Buqren Ağdam təmsilçisinin qapısına yol tapıb. Qoldan dərhal sonra Kinatanı Xayme Romero əvəzləyib.

72-ci dəqiqədə Zubir topu qapıçının başı üzərindən aşırmaq istəsə də, top "çərçivə"yə getməyib. Ardınca künc zərbəsindən sonra başla vurduğu top qapının üstündən keçən Emreli yerini Maqaye Qeyeyə verib. 80-ci dəqiqədə Romeronun zərbəsindən sonra rəqib qapıçı yaxşı reaksiya göstərib. Bundan 5 dəqiqə sonra Zubirin zərbəsi qolla nəticələnməyib.

Nəhayət, 90+1-ci dəqiqədə Qeye bərabərlik qolunu vurub.

Beləliklə, "Qarabağ" 5-ci dəfə çıxış etdiyi Avropa Liqasının qrup mərhələsini heç-heçə ilə başa vurub. Bərabərlikdən sonra Ağdam təmsilçisi xalını 5-ə çatdırıb. "Düdelanj" isə 4 xalla sonuncu yerdə qərarlaşıb.

FOTO: Firi Səlim


***21:55

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunu başlayıb.

"Report" xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən görüşü Estoniyadan olan hakimlər briqadası idarə edir. 

Baş hakimi Kristo Tohverdi olan oyunun yan xətt hakimləri Silver Koiv və Sten Klaasendir. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirir.

Matç hər iki komanda üçün formal xarakter daşıyır. 1/16 final şansları itən “Qarabağ”la “Düdelanj” yalnız sonuncu olmamaq üçün mübarizə aparacaq.


20:31***

“Qarabağ” və Lüksemburq “Düdelanj” komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin VI tur oyunu üçün start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov

“Düdelanj”: 1.Conatan Juber (k), 4. Kobe Kols 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mikael Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaybe, 28. Şarl Morren 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi