Yuxarı

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Bu, Azərbaycan və Lüksemburq klublarının avrokuboklarda ilk görüşü olub

Bakı. 12 iyul. REPORT.AZ/ "Qarabağ" klubu futbol üzrə Çempionlar Liqasında (ÇL) mübarizəyə başlayıb. 

"Report"un məlumatına görə, Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Lüksemburq "Düdelanj"ını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Hər iki qolu Riçard Almeyda vurub. Braziliyalı yarımmüdafiəçi 10-cu dəqiqəqədə penaltini dəqiq yerinə yetirib. 27-ci dəqiqədə isə o, kombinasiyanı qolla tamamlayıb.

Beləliklə, "Qarabağ" ÇL-də mübarizəyə inamlı qələbə ilə başlayıb. Cavab görüşü iyulun 20-də olacaq. Qeyd edək ki, bu, Azərbaycan və Lüksemburq klublarının avrokuboklarda ilk görüşü olub. Ağdam təmsilçisi ardıcıl 3-cü mövsümdür çıxış etdiyi ÇL-də hələ ki evdə uduzmayıb. Əvvəlki 4 oyundan 2-də qələbə (4:0 və 2:1), 2-sə isə qolsuz bərabərlik qeydə alınıb. 

Çempionlar Liqası

II təsnifat mərhələsi 

İlk oyun 

12 iyul 21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) - 2:0 

Qollar: Riçard Almeyda, 10 - penalti ilə; 27 

10-cu dəqiqədə Riçard Almeyda özünə qarşı edilən kobudluqdan sonra penaltini dəqiq yerinə yetirib. 

Vərəqələr: Dani Kintana, 33. Maksim Medvedev, 39. Qara Qarayev, 55 - Brayan Meliss, 9. Kevin Malget, 24. Mario Pokar, 48 (hamısı sarı).

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Míçel, 10. Muarem Muarem (22. Əfran İsmayılov, 73), 11. Mahir Mədətov (Reynaldo, 62), 14. Rəşad Sadıqov (kap.), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana (15. Rahid Əmirquliyev, 83). 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov .

"Düdelanj": 1. Conatan Jubert (kap.), 5. 5. Tom Şnel, 8. Mario Pokar (99. Momar N Daye, 56), 9. Daniel Da Mota, 19. Rodriges Dikaba, 21. Dominik Stolts, 25. Kevin Nakaşe, 26. Cerri Prempe, 27. Brayan Meliss, 29. Kevin Malget (2. Kleyton de Sousa Moreyra, 67), 77. David Turpel 

Ehtiyat oyunçular: 33. Coe Frisinq, 2. Kleyton de Sousa Moreyra, 7. Şanel İbrahimoviç, 10. Yassin Benayiba, 22. Stelvio Da Kruz, 30. Aleksandr Laurenti, 99. Momar N Daye.

Baş məşqçi: Dino Topmöller 

Hakimlər: Orel Qrinfild Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail). 

Hakim-inspektor: Zdravko Yokiç (Serbiya) UEFA nümayəndəsi Vladimir Çorno (Ukrayna)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi