​"Qarabağ" Çempionlar Liqası matçı öncəsi son məşqinə çıxıb

​"Qarabağ" Çempionlar Liqası matçı öncəsi son məşqinə çıxıb Prosesi azarkeşlər də izləyib
Futbol
14 İyul , 2015 22:23
​Qarabağ Çempionlar Liqası matçı öncəsi son məşqinə çıxıb

Bakı. 14 İyul. REPORT.AZ/ Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro "Rudar"ı ilə keçirəcəyi ilk oyun öncəsi "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxıb.

"Report"un məlumatına görə, məşqi azarkeşlər də izləyib.

Yüzlərlə fanat Ağdam komandasını alqışlarla qarşılayıb. Onlar məşq ərzində tribunada məşəl də yandırıblar.

Hazırlıq prosesində uzun müddətdən sonra zədəsini sağaldaraq komandaya dönən braziliyalı Çumbinyo fərdi çalışıb. Qapıçılar Elxan Həsənovun rəhbərliyi altında hazırlaşıbsa, digər oyunçular Qurban Qurbanovun sərəncamında olub.

Bu gün Bakıya "Qarabağ"la müqavilə bağlamağa gələn hollandiyalı hücumçu Raydell Pupon isə tribunada görünməyib. Ancaq o, "Rudar"la görüşü stadiondan izləyəcək.

Qeyd edək ki, iyulun 15-də keçiriləcək "Qarabağ" - "Rudar" matçı saat 21:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi