“Qarabağ” Avropa Liqasında həlledici oyuna çıxacaq

“Qarabağ” Avropa Liqasında həlledici oyuna çıxacaq Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Qarabağ” komandası Avropa Liqasında qrup mərhələsinə vəsiqə uğrunda həlledici oyuna çıxacaq.
Futbol
30 Avqust , 2018 07:05
“Qarabağ” Avropa Liqasında həlledici oyuna çıxacaq

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün "Qarabağ” komandası Avropa Liqasında qrup mərhələsinə vəsiqə uğrunda həlledici oyuna çıxacaq.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi Moldova "Şerif”i ilə pley-off mərhələsinin cavab görüşündə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda lazımi nəticəni təmin edəcək komanda qrupa düşəcək.

Ötən həftə Tiraspolda keçirilmiş ilk matç "Şerif”in 1:0 hesablı qələbəsi ilə yekunlaşdığı üçün rəqib üstün durumdadır. Lakin Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu məğlubiyyətin əvəzini çıxıb, avrokubokda yoluna davam edəcək potensiala malikdir. "Qarabağ” bunu bacararsa, tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Azərbaycan təmsilçisinin heyətində Miçel və Dani Kintana zədə üzündən oynamayacaq. Əvəzində qapıçı Hannes Halldorsson, yarımmüdafiəçi Abdullah Zubir və səfər matçını cəzalı olduğu üçün buraxmış İnnosent Emeqara sıraya dönüb. "Şerif"dən isə sarı vərəqə limitini aşan belaruslu yarımmüdafiəçi Yuri Kendış meydana çıxmayacaq.

Qeyd edək ki, "Qarabağ” ötən mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının qrupunda mübarizə aparıb.

Avropa Liqası

Pley-off mərhələsi

30 avqust

21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova)

Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)

Hakim-inspektor: Yohan Verbist (Belçika)

UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 0:1.

Son xəbərlər

Orphus sistemi