"Qarabağ" "Atletiko" ilə heç-heçəyə görə 500 min avro qazanıb

"Qarabağ" "Atletiko" ilə heç-heçəyə görə 500 min avro qazanıb Daha əvvəl Ağdam klubu ÇL-nin qrup mərhələsinə çıxdığı üçün 12,7 mln. avroya sahib olub
Futbol
18 Oktyabr , 2017 22:06
Qarabağ Atletiko ilə heç-heçəyə görə 500 min avro qazanıb
Associated Press

Bakı. 18 oktyabr. REPORT.AZ/ İspaniya "Atletiko"su ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında etdiyi heç-heçə "Qarabağ"a təkcə 1 xal qazandırmayıb.

"Report"un məlumatına görə, bu nailiyyət sayəsində Ağdam klubu daha 500 min avro gəlir əldə edib.

Qaydalara əsasən, qrup mərhələsindəki hər qələbə əlavə 1,5 milyon avro, heç-heçə isə 500 min avro qazanc deməkdir. Daha əvvəl "Qarabağ" Çempionlar Liqasının 32 iştirakçısından biri kimi 12,7 milyon avroya sahib olub.

"Qarabağ" Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada "Atletiko" ilə qolsuz heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi