​"Qarabağ" Albaniya çempionu ilə qarşılaşacaq

​"Qarabağ" Albaniya çempionu ilə qarşılaşacaq Ağdam klubu sonuncu yoldaşlıq görüşünü keçirəcək
Futbol
1 İyul , 2016 12:02
​Qarabağ Albaniya çempionu ilə qarşılaşacaq

Bakı. 1 iyul. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu bu gün sonuncu yoldaşlıq görüşünə çıxacaq. "Report"un məlumatına görə, Ağdam klubunun rəqibi Albaniya çempionu "Skenderbeu" olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Azərbaycan çempionu toplanış çərçivəsində iki yoldaşlıq görüşü keçirib. Avstriyanın "Vakker İnsbruk" komandasına 0:1 hesabı ilə məğlub olan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Rusiya "Zenit"ini eyni hesabla məğlub edib.

Son xəbərlər

Orphus sistemi