Yuxarı

"Qarabağ"a qol vuran futbolçu Avropa Liqasının rəmzi komandasına daxil edilib

"Qarabağ"a qol vuran futbolçu Avropa Liqasının rəmzi komandasına daxil edilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında I turun rəmzi komandası müəyyənləşib.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, heyətdə ilk turda "Qarabağ"ı 2:0 hesabı ilə üstələyən Portuqaliya "Sportinq"inin futbolçusu Rafinya da yer alıb. 22 yaşlı braziliyalı hücumçu Lissabondakı qarşılaşmada ilk qolun müəllifi olub.

Rəmzi komandaya həmçinin "Qarabağ"ın qrup mərhələsindəki digər rəqibi İngiltərə "Arsenal"ının hücumçusu Pyer-Emerik Obameyanq da daxil edilib.

İlk turun rəmzi komandası:

Qapıçı: Denis Şerbitski (BATE, Belarus)

Müdafiəçilər: Yoakim Mele ("Genk" Belçika), Entso Roko ("Beşiktaş"), Aleksandr Martınoviç ("Krasnodar", Rusiya), Mikael Lustiq ("Seltik", Şotlandiya)

Yarımmüdafiəçilər: Rafinya ("Sportinq", Portuqaliya), Ever Baneqa ("Sevilya", İspaniya), Kay Haverts ("Bayer" Leverkuzen, Almaniya), İzet Hayroviç ("Dinamo" Zaqreb, Xorvatiya)

Hücumçular: Pyer-Emerik Obameyanq ("Arsenal", İngiltərə), Ben Yedder ("Sevilya", İspaniya)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi