Qara Qarayev: "Rəşad Sadıqovun yoxluğu ciddi itkidir"

Qara Qarayev: "Rəşad Sadıqovun yoxluğu ciddi itkidir" "Böyük ehtimalla kapitan Rahid Əmirquliyev olacaq"
Futbol
11 Oktyabr , 2016 17:38
Qara Qarayev: Rəşad Sadıqovun yoxluğu ciddi itkidir

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının kapitanı 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Çexiya ilə keçiriləcək səfər oyununda meydana çıxmayacaq. 

Bu barədə "Report"a milli komandanın üzvü Qara Qarayev bildirib.

Onun sözlərinə görə, R.Sadıqovun yoxluğunda kapitanlıq sarğısı böyük ehtimalla vitse-kapitan Rahid Əmirquliyevə həvalə olunacaq: "Baş məşqçi kimi kapitan olacağını açıqlamayıb. Ancaq böyük ehtimalla Rahid kapitan kimi meydana çıxacaq".

Yarımmüdafiəçi R.Sadıqovun yoxluğunu ciddi itki adlandırıb: "Təbii ki, onun komandaya böyük köməyi olur. Rəşadın yoxluğu komanda üçün ciddi itkidir. İndiki halda baş məşqçi hansı tapşırığı versə, onu etməyə, bu yoxluğu hiss etdirməməyə çalışacağıq".

Qeyd edək ki, Çexiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi