Qara Qarayev dəqiq ötürmə verən futbolçuların siyahısında ilk "beşlik"də qərarlaşıb

Qara Qarayev dəqiq ötürmə verən futbolçuların siyahısında ilk "beşlik"də qərarlaşıb Bakı. 26 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra yekun statistik göstəriciləri açıqlayıb.
Futbol
26 Oktyabr , 2018 13:54
Qara Qarayev dəqiq ötürmə verən futbolçuların siyahısında ilk beşlikdə qərarlaşıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra yekun statistik göstəriciləri açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Qara Qarayev 3 oyundan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında 5-ci pillədə qərarlaşıb.

Onun üç oyun ərzində verdiyi 212 ötürmədən 195-i dəqiq olub. 26 yaşlı yarımmüdafiəçi Avropa Liqasında 92 faiz dəqiqliklə çıxış edir. Siyahıya isə İngiltərənin "Çelsi" komandasının futbolçusu Sesk Fabreqas başçılıq edir. İspaniyalı yarımmüdafiəçinin 283 ötürməsindən 262-si və ya 93 faizi dəqiq alınıb. 

Avroliqada hələlik ən çox qolu İspaniyanın "Sevilya" komandası vurub. Əndəlüslülər üç turdan sonra rəqib qapılarından 12 top keçiriblər. Turnirin bombardiri 5 qolla Avstriya "Zaltsburq"unun futbolçusu Munas Dabburdur.

Turnirdə ən çox qayda pozuntusu törədən futbolçu isə Qazaxıstan "Astana"sının yarımmüdafiəçisi Pedro Enrikedir. "Qarabağ"ın sabiq üzvü üç oyunda 12 dəfə qaydanı pozub. 

Son xəbərlər

Orphus sistemi