Yuxarı
    Bağlamaq

    Qambiyalı futbolçu Avropaya mühacirət edərkən suda boğularaq ölub

    Fatim Javara Qambiyanın qadın futbolçulardan ibarət yığma komandasının qapıçısı olub

    Bakı. 3 noyabr. REPORT.AZ/ Qambiyanın qadın futbolçulardan ibarət yığma komandasının qapıçısı Aralıq dənizində boğularaq ölüb. 

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qambiya Futbol Federasiyası məlumat yayıb. 

    Bildirilib ki, 19 yaşlı Fatim Javara ötən ay Liviyadan Avropaya mühacirət edərkən qayığın batması nəticəsində ölüb. 

    Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yaydığı məlumatda aclıq və müharibə səbəbindən ölkələrindən getməyə çalışan 4 200-dən çox adamın bu il Aralıq dənizində itkin düşdüyünü bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi