Bakı. 3 noyabr. REPORT.AZ/ Qambiyanın qadın futbolçulardan ibarət yığma komandasının qapıçısı Aralıq dənizində boğularaq ölüb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qambiya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, 19 yaşlı Fatim Javara ötən ay Liviyadan Avropaya mühacirət edərkən qayığın batması nəticəsində ölüb.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yaydığı məlumatda aclıq və müharibə səbəbindən ölkələrindən getməyə çalışan 4 200-dən çox adamın bu il Aralıq dənizində itkin düşdüyünü bildirib.