Yuxarı

​"Qalatasaray"ın baş məşqçisi "Real Madrid"in sabiq futbolçusunu məşqdən qovub

İspaniyalı yarımmüdafiəçi məşqə gec qatılıb

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Yan Olde Rikerink futbolçu Xose Rodrigesi məşqdən qovub. "Report"un məlumatına görə, səbəb ispaniyalı yarımmüdafiəçinin son məşqə gec qatılması olub.

Nəticədə hollandiyalı mütəxəssis 21 yaşlı futbolçunu məşqə buraxmayıb.

Yay transfer pəncərəsində "Qalatasaray"a transfer olunan Rodriges İstanbul təmsilçisinin heyətində çıxdığı 22 rəsmi oyunda 1272 dəqiqə meydanda olub.

Qeyd edək ki, futbolçunun "Qalatasaray"la müqaviləsi 2019-cu ilin mayınadək qüvvədədir. O, illik 800 min avro qazanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi