​"Qalatasaray"ın baş məşqçisi "Real Madrid"in sabiq futbolçusunu məşqdən qovub

​"Qalatasaray"ın baş məşqçisi "Real Madrid"in sabiq futbolçusunu məşqdən qovub İspaniyalı yarımmüdafiəçi məşqə gec qatılıb
Futbol
7 Aprel , 2016 08:35
​Qalatasarayın baş məşqçisi Real Madridin sabiq futbolçusunu məşqdən qovub

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Yan Olde Rikerink futbolçu Xose Rodrigesi məşqdən qovub. "Report"un məlumatına görə, səbəb ispaniyalı yarımmüdafiəçinin son məşqə gec qatılması olub.

Nəticədə hollandiyalı mütəxəssis 21 yaşlı futbolçunu məşqə buraxmayıb.

Yay transfer pəncərəsində "Qalatasaray"a transfer olunan Rodriges İstanbul təmsilçisinin heyətində çıxdığı 22 rəsmi oyunda 1272 dəqiqə meydanda olub.

Qeyd edək ki, futbolçunun "Qalatasaray"la müqaviləsi 2019-cu ilin mayınadək qüvvədədir. O, illik 800 min avro qazanır.

Son xəbərlər

Orphus sistemi