"Qalatasaray" Fatih Terimlə müqavilənin müddətini uzadıb

"Qalatasaray" Fatih Terimlə müqavilənin müddətini uzadıb Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyənin Qalatasaray klubu baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb.
Futbol
16 Oktyabr , 2018 19:37
Qalatasaray Fatih Terimlə müqavilənin müddətini uzadıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb. 

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna kimi İstanbul təmsilçisinə rəhbərlik edəcək. 

Onun klubla əvvəlki sözləşməsi 2019-cu ilin mayında başa çatır.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir. 

Son xəbərlər

Orphus sistemi