"Qalatasaray" Fatih Terimlə müqavilə bağlayıb

"Qalatasaray" Fatih Terimlə müqavilə bağlayıb 64 yaşlı mütəxəssislə 1,5 illik sözləşmə imzalanıb
Futbol
22 Dekabr , 2017 14:15
Qalatasaray Fatih Terimlə müqavilə bağlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu baş məşqçi postuna dördüncü dəfə təyin olunan Fatih Terimlə müqavilə bağlayıb.

“Report” xəbər verir ki, 64 yaşlı mütəxəssislə 1,5 illik sözləşmə imzalanıb. Bu barədə bir qədər sonra İctimaiyyəti Məlumatlandırma Platformasına ətraflı məlumat veriləcək. Artıq Terim klubun bazasına gələrək, komandanı məşqə çıxarıb. Bakı vaxtı ilə saat 16:00-da isə o, mətbuat konfransı keçirəcək. 

Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004 və 2011 - 2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.     

Son xəbərlər

Orphus sistemi