“PSJ” və “Yuventus” futbolçularını dəyişdirə bilər

“PSJ” və “Yuventus” futbolçularını dəyişdirə bilər Fransanın “PSJ” klubu ilə Turinin “Yuventus” komandası futbolçularını dəyişdirə bilər.
Futbol
25 Yanvar , 2020 05:40
“PSJ” və “Yuventus” futbolçularını dəyişdirə bilər

Fransanın “PSJ” klubu ilə Turinin “Yuventus” komandası futbolçularını dəyişdirə bilər.

“Report”un məlumatına görə, bu barədə “L’Equipe” bildirib.

Məlumata görə, paris klubunun müdafiəçisi Leyvin Kurzava “Yuventus”a keçə bilər. Əvəzində parislilər qarşı tərəfdən Mattia de Şilyo istəyirlər.

27 yaşlı Mattia de Şilyo klubun 9 oyununda meydançaya çıxıb. Klubla müqavilə 2022-ci ilə qədərdir. Hazırda futbolçunun transfer qiyməti 12 milyon avrodur.

Paris klubunun müdafiəçisi Leyvin Kurzava isə 14 oyunda bir məhsuldar ötürmə verib. Müqavilə müddəti yaya qədər olan futbolçunun transfer qiyməti 15 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi