PSJ baş məşqçisi ilə müqaviləni yeniləyib

PSJ baş məşqçisi ilə müqaviləni yeniləyib Fransanın PSJ futbol klubu baş məşqçi Tomas Tuxellə müqavilə müddətini uzadıb.
Futbol
25 May , 2019 16:31
PSJ baş məşqçisi ilə müqaviləni yeniləyib

Fransanın PSJ futbol klubu baş məşqçi Tomas Tuxellə müqavilə müddətini uzadıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni sözləşmə 2021-ci il iyunun 30-dək nəzərdə tutulub. Almaniyalı mütəxəssislə birgə köməkçiləri də komandada qalacaq. 

Qeyd edək ki, Tomas Tuxel PSJ-yə 2018-ci ilin iyununda baş məşqçi təyin olunub. 45 yaşlı mütəxəssisin rəhbərliyi altında klub Fransa Liqasını 91 xalla çempion kimi başa vurub. Parislilər bütün 38 qarşılaşmada qol vuran ilk komanda kimi tarixə düşüb. 

Son xəbərlər

Orphus sistemi