Yuxarı
    Bağlamaq

    Prosineçki 2016-cı ilin ən yaxşı futbolçu və baş məşqçisi seçimini edib

    Xorvatiyalı mütəxəssis Modriçi seçməyib

    Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2016-cı ilin ən yaxşı futbolçu və baş məşqçisini müəyyənləşdirib.

    "Report"un "narod.hr" saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis İspaniya "Real Madrid"ində çıxış edən həmyerlisi Luka Modriçə səs verməyib. O, ən yaxşı futbolçu qismində "Barselona"nın hücumçusu Lionel Messini gördüyünü bildirib.

    Ən yaxşı baş məşqçi seçimində isə Prosineçki Portuqaliya millisinə Avropa çempionluğu bəxş etmiş Fernandu Santuşa üstünlük verib. O, Santuşu "Barselona"nın baş məşqçisi Luis Enrikedən üstün hesab edib.

    Qeyd edək ki, Azərbaycan millisinin əvvəlki baş məşqçisi Berti Foqts ən yaxşı futbolçu və ya baş məşqçi seçimində bir qayda olaraq, Almaniyadan olan həmyerlilərinə səs verib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi