Azərbaycan Premyer Liqasında XVIII tura start verilib

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Futbol
22 Fevral , 2020 16:49
Azərbaycan Premyer Liqasında XVIII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0

Hər iki qol ilk yarıda vurulub. 7-ci dəqiqədə Anton Krivotsyuk, 14-cü dəqiqədə isə Baqali Dabo fərqlənib.

Beləliklə, ardıcıl ikinci qalibiyyətinə imza atan "Neftçi" xalını 33-ə çatdırıb və ikinci pillədə möhkəmlənib. Qış fasiləsindən sonra 4 görüşünün hamısından məğlub ayrılan "Qəbələ" isə 13 xalla sonuncu - 8-ci pillədə qalıb.

Qeyd edək ki, saat 17:00-a "Keşlə" - "Zirə" matçı başlanacaq. Tura fevralın 23-də keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi