Bakı. 31 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, bütün görüşlər eyni gündə gerçəkləşəcək.
Tura Şüvəlanda keçiriləcək AZAL - "Kəpəz" matçı ilə start veriləcək. Həftənin mərkəzi və son görüşü isə "Qəbələ" və "İnter" komandaları arasında olacaq. İki oyun "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.
3 aprel
15:00. AZAL – "Kəpəz"
Bakı. "AZAL Arena" (CBC Sport)
16:00. "Zirə" – "Sumqayıt"
Bakı. Zirə İdman Kompleksinin stadionu
16:00. "Xəzər Lənkəran" – "Qarabağ"
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
17:00. "Rəvan" – "Neftçi"
Bakı. "Bayıl Arena"
19:00. "Qəbələ" – "İnter"
Qəbələ. Qəbələ şəhər stadionu (CBC Sport)