Yuxarı
    Bağlamaq

    Premyer Liqada bir oyunun keçirilmə yeri dəyişdirilib

    Oyun Dalğa Arenaya salınıb

    Bakı. 16 dekabr. REPORT.AZ/ Fubol Azərbaycan Premyer Liqasının XIV turunun "Neftçi" - AZAL oyununun məkanı dəyişdirilib. 

    "Report"un məlumatına görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, “Bakcell Arena”da deyil, “Dalğa Arena”da reallaşacaq.

    Buna səbəb “Bakcell Arena”nın ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidir.

    Peşəkar Futbol Liqası “Neftçi” klubunun xahişinə əsasən yerin dəyişdirilməsinə razılıq verib. Sabah keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi